Turizm mövsümü necə BİTDİ? – Ziyanlarımızla bağlı rəsmi AÇIQLAMA

Turizm mövsümü necə BİTDİ? – Ziyanlarımızla bağlı rəsmi AÇIQLAMA

Hazırda oxunan: Turizm mövsümü necə BİTDİ? – Ziyanlarımızla bağlı rəsmi AÇIQLAMA

41476

“Beynəlxalq turizm sahəsində bu il geriləmə oldu. 2019-cu ildə Azərbaycana 3 milyon 200 min turist gəlmişdi. Bu rəqəmə ən yaxşı halda 2023-cü ildə, pessimist baxışla isə 2025-ci ildə yaxınlaşa biləcəyik ki, turizm tam təmin olunsun”.  

Bu sözləri Bizim.Media-ya Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə turizm mövsümünün bitməsi məsələsinə münasibət bildirərkən deyib.

Qurum rəsmisi 2020-ci ilin yanvar-fevral ayında da Azərbaycana gələn xarici vətəndaşların sayında 18-20 faizə qədər artım olduğunu və sonradan bu artımın da dayandığını qeyd edib:
 

“Bu ilin yanvar ayından karantin rejimi ilə bağlı  yumşalmalardan sonra Azərbaycanda daxili turizm imkanları yarandı. Halbuki  2020-ci ilin mart ayından nə daxili, nə də xarici turizm mövcud idi. Bu ildən qismən də olsa turizm bərpa olunub və bu özünü yay aylarındakı növbəti yumşalmalardan sonra daha qabarıq göstərdi.


Rayonlara gediş-gəliş imkanları artdı və yay mövsümündə əsas istiqamət üzrə turistik məkanları, hətta otellər müştərilərlə 80 faiz dolurdu. Nəticə olaraq turizm sənayesi müəyyən qədər ziyanlardan geriyə dönüşlər etdi. Amma bütün hallarda ziyanlarımızın olduğunu da inkar etməməliyik”.

Kənan Quluzadə əlavə edib ki, bu il Azərbaycan  gəlmə və getmə turizmi imkanına da sahib olub:
 

“Bilirsiz ki, Azərbaycan 42 proritet bazar ölkəsi ilə sərhədlərini açıb. Şimali Amerika, Avropa, Yaxın Şərq, Türkiyə, İsrail, Çin, Rusiya və MDB-nin bəzi ölkələrindən Azərbaycana səfər etmək mümkündür. Ölkəmizə daha çox Rusiya, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayı daha çox olub”, - deyə qurum rəsmisi bildirib. 


Qeyd edək ki, 2021-ci ilin I yarısında xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 3,3 dəfə, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 2,1 dəfə azalıb.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO