Moskva və Bütün Rusiyanın Müqəddəs Patriarxı Kirill, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Bütün ermənilərin katolikosu II Qaregin üçtərəfli görüşün nəticələrinə əsasən bəyanat verib.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
Bəyanatda deyilir:
“Dinlərimiz, xüsusən də millətlərarası münasibətlər sahəsində özünəməxsus barışıq potensialına malikdir.
MÖVZU İLƏ BAĞLI:
“Status Azərbaycan üçün müzakirə mövzusu deyil” - Allahşükür Paşazadə
Allaha inam və sevgi Ermənistan-Azərbaycan münasibətlərində uzun illər davam edən faciəli qarşıdurmanın vurduğu yaraların sağalmasına kömək edə bilər.
Dini ziyarətgahlara, tarixi yerlərə və qəbiristanlıqlara hörmət mehriban qonşuluq mühitini qorumaq üçün vacibdir.
Hamını itkin düşənlərin taleyini aydınlaşdırmağa, əsirlərin azad edilməsini asanlaşdırmağa və mülki əhalinin həyatını təhdid edən silahların icazəsiz istifadəsinin qarşısını almağa çağırırıq. Nifrətdən qaçmaq, münaqişə zonasında hərbi əməliyyat çağırışlarından çəkinmək lazımdır”.
Bizim.Media