"Xəstəxanalar xəstələrlə doludur, çarpayı çatışmır" - Ermənistan "qırmızı zonaya" yaxınlaşdı

Hazırda oxunan: "Xəstəxanalar xəstələrlə doludur, çarpayı çatışmır" - Ermənistan "qırmızı zonaya" yaxınlaşdı

41406

"Ermənistanda koronavirusla bağlı vəziyyət olduqca gərgindir. Virusa yoluxanların sayı 50% artıb, infeksiya çox sürətlə yayılır”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistan Səhiyyə Nazirliyinin Epidemiologiya və Xəstəliklərə Nəzarət Milli Mərkəzinin şöbə müdiri Romella Abovyan səsləndirib.

Onun sözlərinə görə, bütün yaş qrupları koronavirusa həssasdır, lakin xüsusilə nəzərəçarpan artım uşaqlarda və gənclərdə müşahidə olunur.
 


MÖVZU İLƏ BAĞLI:

Dünyada koronavirusla bağlı SON STATİSTİKA


Abovyan Ermənistanın "qırmızı zonaya" yaxınlaşdığını da qeyd edib: "Xəstəxanalar həddən artıq yüklənib, çarpayı çatışmır, xəstələrin vəziyyəti çox ağırdır".

Qeyd edək ki, son  gündə Ermənistanda 1217 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, sağalanların sayı 521 nəfərdir. Koronavirusdan 31 nəfər ölüb, 17624 nəfər müalicəsini davam etdirir.

Pandemiyanın bütün dövrü ərzində Ermənistanda 275 077 nəfərdə COVID-19 hadisəsi qeydə alınıb, ümumilikdə 6877 nəfər vəfat edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO