Saakaşvili təkadamlıq kameraya köçürüldü

Saakaşvili təkadamlıq kameraya köçürüldü

Hazırda oxunan: Saakaşvili təkadamlıq kameraya köçürüldü

41392

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Rustavi həbsxanasındakı təkadamlıq kameraya köçürülüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “New Format” nəşri yayıb.

Mənbə yazır ki, bu qərar həbsxana rəhbərliyi tərəfindən Saakaşvilinin istəkləri nəzərə alınaraq qəbul edilib. Siyasətçi kameranı qonşusu ilə bölüşməkdən qəti şəkildə imtina edib.

Gürcüstanın cəzaçəkmə idarəsinin sənədlərində “Saakaşvili istəyi əsasında tək həbsxana kamerasına salındı” ifadəsi yer alıb.

Bununla da qurum Saakaşvilinin cinayətkarlarla bir kamerada olduğu ilə bağlı əvvəllər yayılan məlumatların həqiqətə uyğun olmadığını sübut ediblər.

Gürcüstan Ədliyyə Nazirliyi Saakaşvilinin sağlamlığını izləmək üçün bir qrup həkimin toplanmasını istəyib.

Nazirlikdən bildiriblər ki, qrupun məqsədi vaxtaşırı Saakaşvilinin sağlamlığını izləmək və lazım gələrsə müvafiq tövsiyələr vermək olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO