Türkiyənin tanınmış türk xalq musiqi sənətçisi, millətçi baxışları ilə tanınan İsmail Türütün Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr etdiyi klip yayımlanıb.
Bizim.Media xəbər verir ki, mahnı ifaçının özünün yazdığı “Vur əmri” adlı şeirinə bəstələnib.
Qarabağda gedən döyüş səhnələrinin yer aldğı klipin rejissoru Yekta Özbilen, aranjimanı isə Seçkin Özerə aiddir.
Mahnıda “Derdimizi katladıq, 30 ildir çatladıq. Əliyevdən “vur” əmri, gəlincə rahatladıq. Erməni Qarabağdan rədd olmalı, getməli, başlamışkən Qarabağ, məsələsi bitməli...”,- kimi ifadələr yer alıb.
İfaçı bildirib ki, klip müharibənin getdiyi ərəfədə hazırlanmağa başlansa da pandemiya ilə əlaqəli gecikib.
Bizim.Media