Xərçənglə mübarizə aparan aktyordan XƏBƏR VAR - ÖZƏL

Xərçənglə mübarizə aparan aktyordan XƏBƏR VAR - ÖZƏL

Hazırda oxunan: Xərçənglə mübarizə aparan aktyordan XƏBƏR VAR - ÖZƏL

41265

Lənkəran Dövlət Teatrının istedadlı aktyoru, əməkdar artist Niftulla Əsgərov sabah onkoloji əməliyyat olunacaq. 

Bu barədə Bizim.Media-ya aktyorun özü məlumat verib.

Milli Onkoloji Mərkəzə yerləşdirilən aktyorun durumu ağırlaşıb. 

“Mədəmdəki qanaxma ürəyimə də fəsad vermişdi. Ürəyimdən əməliyyat olundum. İndi mədəmdəki şiş götürüləcək. Hazırda reanimasiyadayam. Sabah əməliyyata girirəm”, - deyə aktyor çətinliklə danışıb. 

Qeyd edək ki, xərçəng xəstəlikdən əziyyət çəkən Niftulla Əsgərov ağır ürək əməliyyatı da olunub.

Aktyor ürəyindən olunacaq əməliyyatın aparılması üçün maddi çətinlik çəkdiyini də dilə gətirmişdi. Əməkdar artist 2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunub.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO