Kim Çen Inın ən yaxın adamı bütün sirləri açdı – “Milyardlarla dolları var...”

Kim Çen Inın ən yaxın adamı bütün sirləri açdı – “Milyardlarla dolları var...”

Hazırda oxunan: Kim Çen Inın ən yaxın adamı bütün sirləri açdı – “Milyardlarla dolları var...”

41149

Dünyanın ən qapalı ölkələrindən biri olan Şimali Koreya xüsusi xidmət orqanlarının keçmiş rəhbəri Kim Kuk maraqlı açıqlamalar verib.

Bizim.Media xəbər verir ki, o, BBC-yə müsahibəsində xüsusi xidmət orqanlarında yüksək vəzifəyə çatmaq üçün 30 il çalışdığını deyib. 

Kim Kuk qeyd edib ki, ölkə lideri Kim Çen In müxalifləri öldürmək üçün bir sıra ölkələrə xüsusi casuslar göndərir. Bu işləri görmək üçün əsas gəlir mənbəyi narkotik alveridir.
 

MÖVZU İLƏ BAĞLI:

Kim Çen Inın bacısının Cənubi Koreya prezidenti ilə bağlı açıqlamaları dərc edilmədi – SƏBƏB


O, paytaxt Pxenyanda qanunsuz narkotik laboratoriyası qurduğunu iddia edib:

“Mən sadiq bir kommunizim xidmətçisiyəm, amma rütbə və sədaqət Şimali Koreyada təhlükəsizliyinizə zəmanət vermir”.

2014-cü ildə Cənubi Koreyaya qaçan polkovnik Kim Kuk əlavə edib ki, Şimali Koreya lideri Yaxın Şərq və Afrikaya silah satışından milyardarla dollar əldə edir. 

Oral Mədənçi, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO