Rusiyada xəstəxana yandı – 44 nəfər təxliyə edildi

Rusiyada xəstəxana yandı – 44 nəfər təxliyə edildi

Hazırda oxunan: Rusiyada xəstəxana yandı – 44 nəfər təxliyə edildi

41064

Rusiyanın Stavropol diyarında Aleksandrovsk Mərkəzi Rayon Xəstəxanasında yanğın baş verib. Nəticədə 44 nəfər təxliyə edilib.

Bizim.Media “mk.ru” saytına istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin bölgə üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

“Aleksandrovskoye kəndinin Krasnoarmeyskaya küçəsi-296 ünvanında yerləşən xəstəxanada baş verən yanğın haqda siqnal səhər saat 06.12-də daxil olub. Yanğınsöndürənlər əraziyə gedəndən sonra dördüncü mərtəbədəki köməkçi otaqda 20 kvadratmetrlik sahədə yanğının olduğunu aşkar ediblər", - mətbuat xidmətindən bildirilib.

Xəstəxanada olan insanlar təxliyə edilərək qonşu binalara yerləşdirilib. 

Açıq yanğın saat 06.49-da söndürülüb. İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO