Rusiya Avropaya qaz nəqlinin şərtlərini AÇIQLADI

Rusiya Avropaya qaz nəqlinin şərtlərini AÇIQLADI

Hazırda oxunan: Rusiya Avropaya qaz nəqlinin şərtlərini AÇIQLADI

41043

Avropa Birliyi qaz çatışmazlığının qarşısını almaq üçün rəsmi Moskva ilə münasibətləri yaxşılaşdırmalıdır.

Bizim.Meda xəbər verir ki, bu cür çağırış Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijov tərəfindən səsləndirilib.

O, “Financial Times” qəzetinə müsahibəsində bildirib ki, Avropanın qaz bazarında qiymət artımının qarşısını almağa kömək edəcək tədbirlər "gec -tez" reallaşacaq.
 

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin "Qazprom" a daha çox çeviklik nümayiş etdirmək üçün bəzi tövsiyələrini verib və şirkətin də tövsiyyələri dinləyəcəyi gözlənilir.


Çijov Avropanın Rusiyaya rəqib yox, tərəfdaş kimi yanaşmalı olduğunu vurğulayıb. O, rəsmi Moskvanın da qazın qiymətinin artmasında maraqlı olmadığını bildirərək, bunun sabitliyə töhfə vermədiyini diqqətə çatdırıb.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO