Qarabağ Dirçəliş Fondu ekoloji tarazlığın bərpasına həsr olunan tədbir keçirdi – FOTO 

Qarabağ Dirçəliş Fondu ekoloji tarazlığın bərpasına həsr olunan tədbir keçirdi – FOTO 

Hazırda oxunan: Qarabağ Dirçəliş Fondu ekoloji tarazlığın bərpasına həsr olunan tədbir keçirdi – FOTO 

41042

Oktyabrın 8-də Qarabağ Dirçəliş Fondu ilə Ekologiya istiqamətində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları arasında Qarabağda ətraf mühitə vurulmuş zərərin aradan qaldırılması və ekoloji tarazlığın bərpasına həsr olunan fikir mübadiləsi görüşü keçirilib. 

Fonddan Bizim.Media-ya verilən məlumata görə, tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov, IDEA İctimai Birliyinin icraçı direktoru Surxay Şükürov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin məsul şəxsi Murad Şahverdiyev, Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və Kommunikasiya şöbəsinin müdiri Aybəniz İsmayılova erməni təcavüzü nəticəsində törədilən ekosid, ekoloji tarazlığın təmin olunmasında vətəndaş cəmiyyətinin rolu və digər mövzularda çıxış ediblər. 

İşğaldan əvvəl burada “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş çox sayda fauna və floranın əksəriyyəti artıq məhv edilməsindən bəhs edən tədbir iştirakçıları meşələrin, endemik flora və faunanın bərpası, yerli ağac növlərinin əkilməsi və ekoloji terrorun aradan qaldırılması üçün bütün eko təşkilatlarını, eyni zamanda cəmiyyətin bütün üzvlərini Fondun Qarabağı Daha Yaşıl Bərpa Edək hərəkatına qoşulmağa dəvət edib. 

Tədbirin sonunda Fondun PR və Kommunikasiya üzrə Koordinatoru Pərvin Məmmədovanın moderatorluğu ilə sual-cavab sessiyası keçirilib. 
 

Müzakirələr zamanı işğaldan azad edilən ərazilərdə meşələrin bərpa olunması ilə yanaşı, ağacların kökləri və bitki örtüyü torpaq ehtiyatlarının qorunması, sürüşmələrin və eroziyanın qarşısının alınması, ağaclar həmçinin çay və çay sahil zonalarında suyun saxlanması, keyfiyyətinin qorunması kimi məsələlərə xüsusi diqqət ayrılıb. 


Yaşadığı yerdən asılı olmayaraq hər bir soydaşımızın işğaldan azad edilən ərazilərin Daha Yaşıl bərpa olunması üçün Qarabağ Dirçəliş Fonduna ianə edərək Fondun bu istiqamətdə göstərdiyi təşəbbüslərə qoşulması bu ərazilərin dirçəlişi üçün olduqca zəruridir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO