Ərdəbilli fəallar Qarabağa dəstək verdikləri üçün cəzalandırıldı - DETALLAR - FOTO

Ərdəbilli fəallar Qarabağa dəstək verdikləri üçün cəzalandırıldı - DETALLAR - FOTO

Hazırda oxunan: Ərdəbilli fəallar Qarabağa dəstək verdikləri üçün cəzalandırıldı - DETALLAR - FOTO

41028

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərinin Ciral parkında aksiya keçirən 12 ərdəbilli fəal barəsində məhkəmə qərarı çıxarılıb.

Bizim.Media “Azad İran" Teleqram kanalına istinadən xəbər verir ki, oktyabrın 9-da Ərdəbilin Cəza Məhkəməsinin 102-ci şöbəsinin rəisi Tahir Rəsulinin çıxardığı qərara görə, azərbaycanlı fəallar ümumilikdə 180 ay həbs, 888 şallaq cəzasına məhkum ediliblər. 

Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Müctəba Pərvin, Hamed Heidəri, Mohəmməd colani, Sobhan Bəkhshi, Mehdi Huşmənd, Bəhmən Xeyrcu və Səccad Colani İranın Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən ittiham olunublar.

Fəallar “hüquq-mühafizə orqanlarının məmurlarına qarşı itaətsizlik” ittihamına görə 7 ay 16 gün, “ictimai asayişi pozmaq” ittihamına görə 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.

Bununla yanaşı, məhkəmə Pərviz Siyabi, Hüseyn Balaxani, Hamid Heydəri, Məhəmməd Colani, Səccad Colani və Sübhan Bəxşinin yaş, sağlamlıq və ictimai mövqelərini nəzərə alaraq, onların barəsində çıxarılmış olan elektron qandal vasitəsilə nəzarətdə saxlanılmaq cəzasının 4 il müddətinə təxirə salınması barədə qərar çıxarıb.

Əsgər Əkbərzadə isə  polis məmuruna xəsarət yetirdiyi üçün cərimə ödəməyə məhkum olunub.

Qeyd edək ki, yuxarıda adları sadalanan fəallar sentyabrın 28-də İran təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs edilmişdilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO