Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşdü - Hansı məsələlər müzakirə edildi? 

Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşdü - Hansı məsələlər müzakirə edildi? 

Hazırda oxunan: Sahibə Qafarova Slovakiyanın XİN rəhbəri ilə görüşdü - Hansı məsələlər müzakirə edildi? 

0:00
0:00
40827

Milli Məclisin sədri Sahibə Qafarova Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri İvan Korçokla görüşüb. 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, İvan Korçok Azərbaycanla Slovakiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışıb. 

Nazir bu əlaqələrin dərinləşməsində parlament diplomatiyasının rolunu ifadə edib.

O, qanunverici orqanlar arasında əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb, yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd edib. Cari ilin mart ayında Azərbaycana səfərini və keçirdiyi görüşləri xatırlayan İvan Korçok bu cür səfərlərin iki ölkə arasındakı münasibətlərə müsbət töhfə verdiyini diqqətə çatdırıb. 

Sahibə Qafarova diqqətə çatdırıb ki, Azərbaycan və Slovakiya arasında uğurlu siyasi münasibətlər digər sahələrdə də əlaqələrin daha da inkişafına imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO