Kreml: “ Qarabağda rus dilinin dövlət dili olması ilə bağlı təklif verməmişik”

Kreml: “ Qarabağda rus dilinin dövlət dili olması ilə bağlı təklif verməmişik”

Hazırda oxunan: Kreml: “ Qarabağda rus dilinin dövlət dili olması ilə bağlı təklif verməmişik”

4082

“Kreml rus dilinə Qarabağda ikinci dövlət dili statusu verilməsini alqışlayır və onun daha da yayılmasına kömək etməyə hazırdır”

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, rus dili əlverişli ünsiyyət dilidir.

"Rus dili hər halda Qarabağda istifadə olunur, Ermənistanda da istifadə edilir, Azərbaycanda da rusca danışılır.  Keçmiş Sovet İttifaqı məkanı da daxil olmaqla dünyanın bir çox yerində işlənilir.  Rus dilin əlverişli ünsiyyət dili olduğunu deyirlər və bu dil  hələ də öyrənilməkdədir”.

Peskov əlavə edib ki, rus dilinin yayılmasına töhfə verməyə və bilim səviyyəsini qorumağa hazırıq və bunu vəzifəmiz hesab edirik.

O, Rusiyanın  Ermənistan və Azərbaycanda rus dilinin  ikinci dövlət dilinə çevrilməsini   təklif etmədiyini vurğulayıb. Bunu ölkələrin daxili işi olduğunu  söyləyib:

"Bu danışıqlar mövzusu deyil, bu  həm Azərbaycanda, həm də Ermənistanda rusca danışılmasının  faktiki vəziyyətidir",- deyə Peskov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO