Paşinyan komandasından qorxur

Paşinyan komandasından qorxur

Hazırda oxunan: Paşinyan komandasından qorxur

4080

Ermənistanın Baş naziri Nikol Paşinyana inamsızlıq onun komandasında da hökm sürür. Buna görə Paşinyan hərbi vəziyyətin ləğvindən çəkinir. Bilir ki, bundan sonra ona etimadsızlıq göstərmək imkanı yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

Məqalədə vurğulanıb ki, Paşinyan komandasının sədaqətindən əmin olsaydı, hərbi rejimi ləğv edərdi, amma deputatlarının əksəriyyəti impiçmentə başlamaqla ona sürpriz edə bilərlər.

“Addım-addım hərbi rejimdən irəli gələn bütün məhdudiyyətlərin götürüləcəyi bildirildi. Mitinqlər və mediaya qoyulan məhdudiyyətlər artıq qüvvədə deyil, növbəti addım ölkədən çıxmaq imkanını bərpa etməklə bağlı ola bilər".

"Ancaq hərbi vəziyyət qoşunların hərəkəti və digər məqsədlər üçün saxlanacaq. Burada əsl məqsəd sözsüz ki, baş nazirə etimadsızlıq nümayişinin qarşısını almaq olacaq", - deyə məlumatda bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO