Azad Rəhimovun xatirə turnirinə start verildi - FOTO

Azad Rəhimovun xatirə turnirinə start verildi - FOTO

Hazırda oxunan: Azad Rəhimovun xatirə turnirinə start verildi - FOTO

40784

Mərhum gənclər və idman naziri, görkəmli ictimai-siyasi xadim Azad Rəhimovun xatirəsinə həsr olunan şahmat turnirinin açılış mərasimi keçirilib. 

Bizim.Media xəbər verir ki, məktəblilər arasında təşkil edilən turnirin 132-134 saylı Təhsil Kompleksinin akt zalında keçirilib.

Tədbirdə 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova, gənclər və idman naziri Fərid Qayıbov, təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, Məktəb İdmanları Federasiyasının prezidenti Sevinc Hüseynova iştirak ediblər.
 

 MÖVZU İLƏ BAĞLI:

Yolun düşsə, bu dünyaya bir də gəl... Azad Rəhimov səmimiyyətinin sevgisi - FOTOLAR


Yarış qonaqlarla ailə üzvlərinin ilk şahmat gedişi etməsi ilə start verilib. 

Bu gün – Azad Rəhimovun doğum günündə startı verilən turnir 3 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbində oktyabrın 15-dək davam edəcək.

Klassik turnirdə 9 rayon və şəhərdən 16 yaşadək 100-dən çox məktəbli şahmatçı yarışacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO