Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukraynanın Lvov Universitetindəki çıxışından yeni görüntülər paylaşıb.
Bizim.Media xəbər verir ki, nazir “Twitter” hesabında Universitetin Türk Dili və Ədəbiyyatı bölümünün tələbələri ilə bir araya gəldiklərini qeyd edib.
“Şagirdlər Aşıq Veysəlin sevdiyim "Uzun, ince bir yoldayım" xalq mahnısını ifa etdilər. Gəlin baxaq, sizin də xoşunuza gələcəkmi?”, - deyə Çavuşoğlu izləyicilərinə sual ünvanlayıb.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media
Lviv’de Ivan Franko Ulusal Üniversitesi’nin Türk Dili ve Edebiyatı bölümü öğrencileriyle biraraya geldik.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) October 8, 2021
Öğrenciler, benim de çok sevdiğim Aşık Veysel’in “Uzun ince bir yoldayım” türküsünü seslendirdiler.
Bakalım siz de beğenecek misiniz?#AşıkVeysel pic.twitter.com/sltyXqS4VV