“Yüksək səslə ağladım” - Xərçəngə yoluxduğunu öyrənən aktrisa - FOTO

“Yüksək səslə ağladım” - Xərçəngə yoluxduğunu öyrənən aktrisa - FOTO

Hazırda oxunan: “Yüksək səslə ağladım” - Xərçəngə yoluxduğunu öyrənən aktrisa - FOTO

40675

Xərçəngdən əziyyət çəkən aktrisa Canan Ergüdər müalicə dövründən danışıb. 

Bizim.Media xəbər verir ki, aktrisa "Hürriyet"ə açıqlamasında çəkilişdən evə qayıdıb duş aldığı zaman sinəsində dəyişiklik görüb və həkimə müraciət edib: 

"Analizlərin nəticələrini yoxladıqdan sonra artıq onun üzündəki dəyişiklikdən anladım. Nə edə bilərsən?! Oturub yüksək səslə ağladım. Düşüncələrimin başında oğlum dururdu. Cəmi 3 yaş yarımlıqdır. Başıma bir şey gəlsə, ona nə olar deyə fikirləşdim". 

Canan xəstəliyi ilə bağlı nəticələrin cavabını çəkilişdə öyrəndiyini deyib. 

Hazırda müalicəsi davam edən aktrisa sonuncu rol aldığı "Menajerimi ara" serialında saçları tökülənə qədər işlədiyini qeyd edib. Pariklə ekranlara çıxmaq istəmədiyi üçün Feris obrazının sonu ssenaridə dəyişiklik edilərək gətirilib. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO