Səhər saatlarından İrəvanda işıqlar sönüb – Ermənistanda ağır vəziyyət

Səhər saatlarından İrəvanda işıqlar sönüb – Ermənistanda ağır vəziyyət

Hazırda oxunan: Səhər saatlarından İrəvanda işıqlar sönüb – Ermənistanda ağır vəziyyət

0:00
0:00
40666

Ermənistanın paytaxtı İrəvanda elektrik enerjisinin verilməsi ilə bağlı problem yaşanır.

Bizim.Media xəbər verir ki, bu gün səhər saatlarından İrəvanın 7 rayonunda  işıqlar sönüb. 

"Ermənistan Elektrik Şəbəkələri" QSC-dən bunun təmir işləri ilə bağlı olduğu və uzun müddət davam edəcəyi bildirilib. Elektrik enerjisinin verilişinin nə zaman bərpa olunacağı deyilməyib. 

Qeyd edək ki, Ermənistandakı ağır sosial-iqtisadi durumla bağlı zaman-zaman paytaxt və digər iri şəhərlərdə elektrik enerjisi, təbii qaz və içməli su ilə bağlı fasilələr yaşanır.

Bir müddət öncə enerji problemi ilə əlaqədar İrəvan metrosunun fəaliyyəti dayanmışdı.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO