“İsti yuva qurmaq” istəyən “aşiq” pulları götürüb qaçdı - VİDEO

“İsti yuva qurmaq” istəyən “aşiq” pulları götürüb qaçdı - VİDEO

Hazırda oxunan: “İsti yuva qurmaq” istəyən “aşiq” pulları götürüb qaçdı - VİDEO

40644

Sumqayıtda qeyri-adi hadisə baş verib.

Bizim.Media xəbər verir ki, evli qadın sevgilisi ilə evlənmək və birgə yaşamaları üçün ev alması üçün ona 16 min manata yaxın pul verib.

Qadından pulu alan “Məcnun” yoxa çıxıb.

E.Alıyev ailəli olan sevgilisinə onunla evlənəcəyini vəd edib və birlikdə yaşamaları üçün mənzil lazım olduğunu bildirib.

Məşuquna inanan qadın ona əvvəlcə 12 min 500 manat, sonra isə 3 min 500 manat dəyərində qızıl verib. 16 min manata yaxın pulun yoxa çıxmasından evdəkilərin şübhələnməməsi üçün cütlük plan hazırlayıb.

Qadını “isti yuva qurmaq” adı ilə aldadıb, pullarını alaraq yoxa çıxan E.Alıyev saxlanılıb. O, ifadəsində bildirib ki, sevgilisinin evli olmasından xəbərsiz olub.

Ətraflı videomaterialı təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO