İngiltərənin tanınmış futbol klubu SATILDI

İngiltərənin tanınmış futbol klubu SATILDI

Hazırda oxunan: İngiltərənin tanınmış futbol klubu SATILDI

40633

İngiltərənin köklü futbol komandalarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.

Bizim.Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.

Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib.

Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.

Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO