Masallı Rayon İcra Hakimiyyətində (RİH) kadr təyinatı olub.
Bizim.Media xəbər verir ki, icra başçısının müvafiq əmri ilə Afəddin Ənvər oğlu Kərimov icra aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri təyin edilib.
Afəddin Kərimov 1982-ci ildə Masallı rayonu Əminli kəndində anadan olub. 2001-2005-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində bakalavr təhsili alıb.
MÖVZU İLƏ BAĞLI:
DİN-də yeni TƏYİNAT
2005-2012-ci illərdə Masallı rayonu Bala Təklə kənd ümumi orta məktəbində müəllim, dərs hissə müdiri vəzifələrində çalışıb, 2012-2017-ci illərdə Masallı Rayon İcra hakimiyyəti başçısının Qarğalıq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, 2017-2018-ci illərdə Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlar üzrə məsləhətçi-psixoloqu, 2018-ci ildən 2020-ci ilədək Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi 2020-ci ildən 2021-ci ilədək həmin şöbənin müdir müavini vəzifələrində çalışıb.
Bizim.Media