İcbari tibbi sığorta üzrə işləyəcək özəl klinikaların sayı artırıldı - SİYAHI 

İcbari tibbi sığorta üzrə işləyəcək özəl klinikaların sayı artırıldı - SİYAHI 

Hazırda oxunan: İcbari tibbi sığorta üzrə işləyəcək özəl klinikaların sayı artırıldı - SİYAHI 

40560

Xidmətlər Zərfinə daxil olan, dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətlərin göstərilməsi üçün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrinin sayı artıb. 

Bu barədə Bizim.Media-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib. Əvvəl bu say 13 idisə indi 19-a çatdırılıb. 

Məlumata görə, müqaviləli tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. 

Müqaviləli tibb müəssisələrinin siyahısı: 

1. Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs 

2. Mərkəzi Klinik Xəstəxana 

3. Caspian International Hospital 

4. Respublika Diaqnostika Mərkəzi 

5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 

6. Gəncə Beynəlxalq Xəstəxanası 

7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 

8. Mərkəzi Neftçilər Xəstəxanası 

9. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 

10. EGE Hospital 

11. Sumqayıt Hospital 

12. Avrasiya Hospital 

13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 

14. Leyla Medical Center 

15. Badam Medical Center 

16. Lor Hospital 

17. Məlhəm Beynəlxalq Hospital 

18. “OKİ” Özəl Tibbi Müalicəxanası 

19. “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran hospital) 

Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir.

TƏBİBin tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir. 

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır.

Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir. 

Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO