Pay torpaqları üzərində mülkiyyətin rəsmiləşdirilməsi üçün vəsait ayrıldı - MƏBLƏĞ 

Pay torpaqları üzərində mülkiyyətin rəsmiləşdirilməsi üçün vəsait ayrıldı - MƏBLƏĞ 

Hazırda oxunan: Pay torpaqları üzərində mülkiyyətin rəsmiləşdirilməsi üçün vəsait ayrıldı - MƏBLƏĞ 

0:00
0:00
40547

Azərbaycanda pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilmə prosesi asanlaşdırılıb. 

Bizim.Media-nın məlumatına görə, Prezident İlham Əliyev torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında fərman imzalayıb. 

Fərmanla aqrar sahədə dövlət dəstəyi tədbirlərinin davamı olaraq pay torpaqları üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi işlərinin başa çatdırılması, habelə istehsal təyinatlı torpaq mülkiyyətçilərinin (fermerlərin) əkin subsidiyalarından müntəzəm olaraq yararlanması qərara alınıb.

Bununla yanaşı, fərmanda sənədlərin verilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə vəsaitin ayrılması tapşırılıb. 

“Maliyyə Nazirliyi bu Fərmanın 4.1-ci bəndi nəzərə alınmaqla, bu Fərmanın 1.1-ci bəndinə əsasən hüquqmüəyyənedici sənədlərin verilməsi ilə bağlı İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlərə görə xərclərin maliyyələşdirilməsi üçün 3,5 milyon manat məbləğində vəsaiti 2022 – 2024-cü illər üzrə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun”, - Fərmanda qeyd olunur. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO