Azərbaycanlı deputat NATO-nun tədbirində İŞTİRAK EDƏCƏK 

Azərbaycanlı deputat NATO-nun tədbirində İŞTİRAK EDƏCƏK 

Hazırda oxunan: Azərbaycanlı deputat NATO-nun tədbirində İŞTİRAK EDƏCƏK 

40518

Oktyabrın 8-dən 11-dək Portuqaliyanın Lissabon şəhərində NATO Parlament Assambleyasının (PA) 67-ci illik sessiyası keçiriləcək.  

Milli Məclisindən Bizim.Media-ya bildirilib ki, tədbirdə Milli Məclisin deputatı, NATO PA-da nümayəndə heyətimizin üzvü Kamran Bayramov iştirak edəcək. 

Toplantıda “NATO-nun dezinformasiya və təbliğata qarşı demokratik dayanıqlığının gücləndirilməsi", "Mülki hazırlıq vasitəsilə üzv olan dövlətlərdə cəmiyyətlərin dayanıqlığının genişləndirilməsi", "Silahlanma üzərində beynəlxalq nəzarət: qarşıda duran çağırışlar", "NATO-nun Asiya tərəfdaşları ilə elm və texnologiya sahəsində əməkdaşlığın dərinləşməsi" və digər mövzularda məruzələr dinləniləcək. 

Tədbir iştirakçıları NATO-nun 2030-cu ilə qədər gündəliyi və strateji planları, müdafiə xərcləri və innovasiyalar, NATO-nun Əfqanıstandakı ötən dövrdəki fəaliyyəti, Orta Şərq və Şimali Afrika regionlarında cərəyan edən hadisələr, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. 

Kamran Bayramov müzakirəyə çıxarılan məsələlərə münasibət bildirəcək, Azərbaycan tərəfinin mövqeyini səsləndirəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO