Millətlər Liqasında ikinci yarımfinalçı müəyyənləşir

Millətlər Liqasında ikinci yarımfinalçı müəyyənləşir

Hazırda oxunan: Millətlər Liqasında ikinci yarımfinalçı müəyyənləşir

40484

Bu gün UEFA Millətlər Liqasının final mərhələsində digər yarımfinal görüşü keçiriləcək.

Bizim.Media-nın məlumatına görə, bununla da İspaniya millisinin finaldakı rəqibi müəyyənləşəcək.

"Dördlər finalı"nda həlledici qarşılaşmaya son vəsiqə uğrunda Belçika və Fransa yığmaları üz-üzə gələcəklər. Turindəki "Yuventus" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək. Matçı almaniyalı FIFA referisi Daniel Zibert idarə edəcək.

Yarımfinalın ilk görüşündə İspaniya millisi İtaliyanı 2:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, 3-cü yer uğrunda və final oyunları oktyabrın 10-da olacaq. İkinci dəfə təşkil olunan "Dördlər finalı"nda ilk qalib Portuqaliya millisi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO