Bu gün İrəvanda MDB ölkələri Silahlı Qüvvələrinin Rabitə Rəisləri Komitəsinin iclası keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüşdə hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, konkret razılaşmalar əldə edilib və bir sıra sənədlər imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
MDB dövlət başçıları Minskdə bir araya gələcək
Görüşdə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi qeyd olunur.
Məlum olduğu kimi Azərbaycan tərəfi bu görüşdə təmsil olunmayıb.
Bizim.Media