Lavrov: “Rusiya İranın Azərbaycan sərhədləri yaxınlığında təlim keçirməsinin əleyhinədir”

Lavrov: “Rusiya İranın Azərbaycan sərhədləri yaxınlığında təlim keçirməsinin əleyhinədir”

Hazırda oxunan: Lavrov: “Rusiya İranın Azərbaycan sərhədləri yaxınlığında təlim keçirməsinin əleyhinədir”

40403

"Rusiya regionda hərbi fəallığın artırılmasının əleyhinədir. Azərbaycan tərəfinin də İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi ilə bağlı narahatlığı var”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrov bu fikirləri Moskvada İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə keçirdiyi mətbuat konfransında iranlı jurnalistin Azərbaycanın Xəzər dənizində Türkiyə ilə birlikdə hərbi təlimlər keçirməsi və Azərbaycan-Türkiyə-Pakistan təlimləri ilə bağlı sualına cavab verərkən səsləndirib.

Onun sözlərinə görə, Xəzərin hüquqi-statusu ilə bağlı Konvensiya Xəzər dənizində xarici dövlətlərin hərbi qüvvələrinin mövcudluğunu qadağan edir:

“Konvensiyanın qüvvəyə minməsi üçün İran sənədi ratifikasiya etməlidir. Hazırda bu məsələyə İran parlamentində baxılır. Ümid edirəm ki, ratifikasiya haqqında qərar tezliklə qəbul ediləcək. O zaman Konvensiya Xəzər dənizində müvafiq rejimini təmin edəcək tam beynəlxalq hüquqi sənəd olacaq”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian isə çıxışında yenə də bölgədə sərhədlərin dəyişdirilməsindən söz açıb və bildirib ki, rəsmi Tehran terrorçuların və sionistlərin varlığına kəskin reaksiya verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO