Saakaşvili həbsxanadan jurnalist Qordona məktub yazdı

Saakaşvili həbsxanadan jurnalist Qordona məktub yazdı

Hazırda oxunan: Saakaşvili həbsxanadan jurnalist Qordona məktub yazdı

0:00
0:00
40344

Gürcüstanda saxlanılan keçmiş prezident Mixail Saakaşvili Dmitri Qordona məktub yazıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “mk.ru” saytı yayıb.

Mənbə yazır ki, o, ukraynalı jurnalistə və onun həyat yoldaşı Ales Batsmana dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin, Odessa vilayətinin keçmiş rəhbəri Batsmanı ad günü münasibətilə təbrik edib.

"Strana.ua" nəşri bildirir ki, Saakaşvili mesajında müddətsiz aclıq aksiyası keçirdiyini qeyd edib. Həbsxanada olduğu müddətdə aclığı heç bir halda dayandırmaq niyyətində olmadığını bildirib. 

Məktubu fotoşəkil kimi Saakaşvilinin yeni həyat yoldaşı, Ali Radanın deputatı Yelizaveta Yasko çəkərək Qordona göndərib. Daha əvvəl o, Rustavi həbsxanasında ərini ziyarət etmişdi. Ukraynalı deputat jurnalistlərə açıqlamasında deyib ki,  Gürcüstan sakinləri keçmiş liderlərini qorumalıdırlar.

O, həmçinin Gürcüstanın keçmiş prezidenti ilə necə görüşdüyü haqda bilgi verib. Məlum olub ki, Saakaşvili ona qarşı irəli sürülən bütün ittihamların ləğvindən sonra Ukraynaya təhvil veriləcyinə razılaşıb. İndi hər şey diplomatik danışıqların gedişatından və Ukraynanın bu vəziyyətə mövqeyindən asılıdır.

Xatırladaq ki, bu, Saakaşvilinin həbsdən sonra yazdığı ilk mesaj deyil. O, hər gün məktub yazaraq “Facebook”da paylaşır.

Qeyd edək ki, Saakaşvili 1 oktyabr, cümə günü Gürcüstanda saxlanılıb. Bu, səkkiz illik mühacirətdən sonra vətəninə qayıtdıqdan dərhal sonra baş verib. Bundan əvvəl o, iki cinayət işi üzrə qiyabi olaraq üç və altı il həbs cəzasına məhkum edilmişdi. Son illərdə siyasətçi Ukraynada yaşayıb və Milli İslahat Şurasının İcra Komitəsinin sədri vəzifəsində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO