Onlar bunu etməyib, amma adları tarixə düşüb – MARAQLI FAKTLAR

Onlar bunu etməyib, amma adları tarixə düşüb – MARAQLI FAKTLAR

Hazırda oxunan: Onlar bunu etməyib, amma adları tarixə düşüb – MARAQLI FAKTLAR

40249

Pifaqor teoremini Pifaqor kəşf etməyib.

Bizim.Media xəbər verir ki, qədim yunan riyaziyyatçısı Pifaqor eradan əvvəl 569-cu ildə doğulub. Amma onun adı ilə bağlı nəzəriyyədəki hesablamalar daha əvvələ dayanır.
 

MÖVZU İLƏ BAĞLI:

Hitler Eyfel qülləsinə niyə qalxa bilməyib? – Maraqlı FAKTLAR


Belə ki, e.ə 1800-1600-cü illərə aid qədim Babil gil lövhələrində Pifaqorun iddia etdiyi hesablamalar yer alıb. Yəni, Pifaqorun dünyaya gəlməsindən azı min il əvvəl...

⦁  Tomas Edison elektrik lampanı kəşf etməyib: 1800-cü ildə italyan Alessandro Volta elektrik alınan sxem hazırlayıb. 1802-ci ildə Hamfri Devi ilk elektrik lampanı icad edib. 1840-cı ildə Uorren de la Ryu daha effektiv lampa hazırlayıb. Edison isə bunu 1879-cu ildə edib. Sadəcə olaraq onun lampası daha effektiv və sərfəli olub.

⦁  Dünyanın kürə formasında olmasını Kolumb aşkarlamayıb: 1492-ci ildə o səyahətə çıxsa da, dünyanın yumru olmasını eradan əvvəl 6-cı yüzilliklərdə Aristotel və başqa alimlərin işləri sayəsində insanlar bilirdi. 

⦁  Həvva cənnətdə alma yeməyib: Söhbət insanların Tanrıya ilk itaətsizliyindən gedir ki, insanların çoxu bunu almaya bağlayırlar. İncildə isə almanın adı çəkilmir. Düzü başqa təkallahlı dinlərdə də bu epizod başqa cür təsvir olunur. Alma sözü isə yanlış tərcümədən qaynaqlana bilər. 

⦁  Yuli Sezar imperator olmayıb: Sezar görkəmli tarixi şəxsiyyətdir deyə bəziləri onu səhvən ilk Roma imperatoru adlandırırlar. Amma o, heç vaxt imperator olmayıb. Ölümündən bir əvvəl Sezar özünü ömürlük diktator elan edir və qətlə yetirilir. Bundan sonra onun oğlu Qay Oktavian Turin, daha çox Avqust kimi tanınan davamçısı Romanın ilk imperatoru olub. Amma onun özü də bu tituldan istifadə etməyib.

Bu tip maraqlı faktları vaxtaşırı diqqətinizə çatdıracağıq. Bizimlə qalın...

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO