Rusiya kino çəkənləri ilk dəfə kosmosa göndərdi - VİDEO

Rusiya kino çəkənləri ilk dəfə kosmosa göndərdi - VİDEO

Hazırda oxunan: Rusiya kino çəkənləri ilk dəfə kosmosa göndərdi - VİDEO

40235

Rusiya çəkiliş aparacaq ilk "kino qrupu"nu kosmosa göndərib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Anadolu agentliyi yayıb.

Mənbə yazır ki, “Soyuz MS-19” kosmik gəmisi Qazaxıstanın Baykonur bazasından buraxılıb.

“Roskosmos”a görə, aktrisa Yuliya Peresild, rejissor Klim Şipenko və kosmonavt Anton Şkaplerov "Çağırış" filmini çəkmək üçün kosmosa uçublar. Bu, kino tarixində kosmosda peşəkar aktyorların çəkildiyi ilk film olacaq.

Kosmik gəmi yerli vaxtla saat 11:55-də havaya qalxıb. 

Çəkilişlərin bir hissəsi Beynəlxalq Kosmik Stansiyada (BKS) aparılacaq. Komanda orda 12 gün qalacaq.

Çəkiliş qrupu kosmonavt Oleq Novitski ilə birlikdə oktyabrın 17-də Yerə qayıdacaq.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO