Prezident Cocuq Mərcanlıda 20 il tək yaşayan ailədən DANIŞDI – “Mən sonra xəbər tutdum

Prezident Cocuq Mərcanlıda 20 il tək yaşayan ailədən DANIŞDI – “Mən sonra xəbər tutdum" 

Hazırda oxunan: Prezident Cocuq Mərcanlıda 20 il tək yaşayan ailədən DANIŞDI – “Mən sonra xəbər tutdum" 

40202

"Oqtay Həziyev o insanlardandır ki, heç nəyə baxmadan, heç kimdən qorxmadan təkbaşına öz ailəsi ilə Cocuq Mərcanlıda 20 ildən çox yaşayıb. Mən sonra xəbər tutdum". 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 4-də Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

"Biz Cocuq Mərcanlının ətrafını təmizləyəndən sonra mən Əli müəllimdən soruşanda, dedi ki, belə bir ailə var, orada yaşayır, heç yerə getməyib.

Hətta orada böyük təsərrüfatla məşğuldur və ordumuza da kömək göstərir, ərzaq göndərir. Öz əlinin zəhməti ilə əldə etdiyi imkanları ordu ilə bölüşür. Dedim, gör nə qədər böyük bir şəxsiyyətdir. Cocuq Mərcanlıya gələndə o vaxt mən “Əmək” ordenini təzə təsis etmişdim və onu heç kimə vermirdim. Halbuki namizədlər var idi, dedim ki, yox, mən onu o kişiyə verəcəyəm. Mən birinci ordeni o kişiyə verdim və evində də təqdim etdim, qucaqladım, öpdüm. Doğrudan da Azərbaycan Oqtay kimi insanların üstündə dayanır. Sağ ol, Oqtay, sağ ol", - Prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO