Yeniyetmə sevdiyi qızı ona almadıqları üçün İNTİHAR ETDİ - ÖZƏL

Yeniyetmə sevdiyi qızı ona almadıqları üçün İNTİHAR ETDİ - ÖZƏL

Hazırda oxunan: Yeniyetmə sevdiyi qızı ona almadıqları üçün İNTİHAR ETDİ - ÖZƏL

40179

Xəbər verildiyi kimi Lənkəranda 16 yaşlı oğlan intihar edib. Hadisə gecə saatlarında şəhərin Səməd Vurğun küçəsi, 16 ünvanında qeydə alınıb. yerləşən Murad Tahirov adlı yeniyetmə evin həyətində özünü asıb. Onun meyiti səhər saatlarında aşkarlanıb.

Bizim.Media intihar olayının təfərrüatlarını öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda bu il intihar edənlərin STATİSTİKASI – Çoxu kişidir 


Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva saytımıza açıqlamasında yeniyetmənin sevdiyi qız üstündə canına qıydığını deyib:

“Oğlan idmançı və sakit biri olub. Çox tərbiyəli ailənin övladıdır. Atası Qədir Tahirov Lənkəranda diş texniki işləyir. Yeniyetmənin sevdiyi qız var imiş. Neçə vaxtdır ki, atasından onunla evlənməyi xahiş edib. Ata isə oğlunun yaşının nikaha düşmədiyini əsas gətirərək qızı ona almayacağını deyib. Bu səbəbdən yeniyetmə intihar edib”, - deyə bələdiyyə sədri bildirib.

Qeyd edək ki, intihar faktı ilə bağlı rayon prokurorluğunda araşdırmalara başlanııb. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO