Rus sülhməramlıları Qarabağda zirehli maşınlarla hərəkətə keçdi – SƏBƏB

Rus sülhməramlıları Qarabağda zirehli maşınlarla hərəkətə keçdi – SƏBƏB

Hazırda oxunan: Rus sülhməramlıları Qarabağda zirehli maşınlarla hərəkətə keçdi – SƏBƏB

0:00
0:00
40171

Rusiya sülhməramlı kontingentinin mobil patrul qrupları zirehli maşınlarla Qarabağda tərəflərin demarkasiyası xətti boyunca mövcud vəziyyətin monitorinqini həyata keçirir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Patrul zamanı atəşkəs rejiminə riayət olunmasına nəzarət edilir, təmas xəttində hər iki tərəfdən təxribatçı hərəkətlərin qarşısı alınır.

“Rus sülhməramlıları Ağdərə, Xocavənd, Əsgəran, Şuşa bölgələrində və Laçın dəhlizində müxtəlif marşrutlarda gündəlik patrul xidməti həyata keçirirlər. Həmçinin havadan müşahidə aparılır və yerli sakinlərlə söhbət edilir”, - deyə Rusiya sülhməramlı kontingentinin sözçüsü Aleksandr Mişşenko bildirib.

“27 müşahidə məntəqəsində rus sülhməramlıları gecə-gündüz vəziyyətin monitorinqini və atəşkəs rejiminə riayət olunmasına nəzarət edirlər.

Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək insidentlərin qarşısını almaq üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO