QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər - FOTO

QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər - FOTO

Hazırda oxunan: QHT nümayəndələri Nizami Gəncəvinin məqbərəsini ziyarət etdilər - FOTO

39944

“Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən QHT nümayəndələrinin Nizami Gəncəvinin məqbərəsinə ziyarəti təşkil edilib.

Bizim.Media xəbər verir ki, dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə təşkil edilən ziyarət zamanı QHT nümayəndələri Nizami məqbərəsi və Nizami Gəncəvi muzeyini ziyarət ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

QHT nümayəndələri Gəncəyə getdilər – SƏBƏB - FOTO


​​​​​​​Burada dahi şairin zəngin ədəbi irsi barədə onlara ətraflı məlumat verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, bu il ölkədə dahi şair, böyük mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi ilə əlaqədar olaraq “Nizami Gəncəvi İli” elan olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO