Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan hesab edir ki, müxalifət ölkədə hakimiyyət dəyişikliyi həyata keçirə bilər, lakin bunun üçün bir strategiya hazırlamaq və hazırkı hökumət başçısının vəzifədən uzaqlaşdırılmasını hədəfə çevirmək lazımdır.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya “armeniasputnik.am” saytında yer alıb.
O, Çaxkadzorda keçirilən "Respublikaçılar, davamlı İslahatlar" konfransı zamanı suallara cavab verib.
MÖVZU İLƏ BAĞLI:
Sabiq prezidentlər niyə Paşinyana “yox” dedilər? – SƏBƏB
"Bugünkü mübarizəmiz insanları öz tərəfimizə çəkmək üçün deyil, ən qısa zamanda ondan (Paşinyanı nəzərdə tutur) yaxa qurtarmaq üçündür. Müxalifət qüvvələri buna qərar versələr, Ermənistandakı hakimiyyət dəyişikliyi həyata keçirə bilər. Məqsəd onu uzaqlaşdırmaqdır, iqtidara gəlmək fikrimiz yoxdur”, deyə Sarkisyan qeyd edib.
O bildirib ki, bu gün hakimiyyət haqqında düşünməyə ehtiyac yoxdur, vətənin maraqları daha öndədir.
Ermənistan sərhədləri yaxınlığındakı mövcud vəziyyətə gəlincə, Sarkisyan deyib ki, xüsusilə yaxın gələcəkdə növbəti müharibənin olma ehtimalı yüksək deyil.
Bizim.Media