“Champions Chess Tour”: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla üz-üzə gələcək

“Champions Chess Tour”: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla üz-üzə gələcək

Hazırda oxunan: “Champions Chess Tour”: Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla üz-üzə gələcək

39919

Oktyabrın 3-də norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour”un final mərhələsinin 8-ci turunun oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, 8-ci turda qrossmeysterlərimiz Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov üz-üzə gələcək.

Qeyd edək ki, ötən turun nəticələrinə görə Teymur Rəcəbov 21 xalla 3-cü pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov isə 9,5 xalla sonuncu yerdədir. Turnir cədvəlinə Maqnus Karlsen 28,5 xalla liderlik edir.
 

MÖVZU İLƏ BAĞLI:

Rəcəbov Karlsenə, Məmmədyarov Giriyə qalib gəldi


​​​​​​​Xatırladaq ki, hər matçda rapid üzrə dörd partiya oynanılır. Qalib müəyyənləşməsə blits və Armageddon görüşlərinin oynanılması nəzərdə tutulur.

Turnirin mükafat fondu 100 min ABŞ dollarıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO