Rusiya komandası şahmat üzrə dünya çempionatının qalibi oldu

Rusiya komandası şahmat üzrə dünya çempionatının qalibi oldu

Hazırda oxunan: Rusiya komandası şahmat üzrə dünya çempionatının qalibi oldu

39883

Bu gün İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında dünya çempionatının inal oyunları keçirilib. 

Bizim.Media xəbər verir ki, finalda Rusiya və Hindistan şahmatçıları üz-üzə gəliblər.

Rəqib komandanı məğlub edən Rusiya şahmatçıları dünya çempionatında birinci yeri tutublar. 

Qeyd edək ki, Rusiya komandası ikinci dəfə dünya çempionatının qalibi olub. Belə ki, 2017-ci ildə Xantı-Mansiyskdə keçirilən analoji yarışda da rusiyalı şahmatçılar fəxri kürsünün ən yüksək zirvəsində qərarlaşmışdılar. 

Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi dörddəbir finalda Gürcüstan yığmasına uduzaraq dünya çempionatında mübarizəni dayandırıb. 

Qadınlar arasında komanda dünya çempionatı iki ildən bir keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO