Monteneqroda saxlanılan Telman İsmayılov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bizim.Media “İnterfax”a istinadən xəbər verir ki, bunu T. İsmayılovun vəkili Marina Rusakova deyib.
Onun sözlərinə görə, qərardan artıq apellyasiya şikayəti verilib:
“Telman İsmayılov siyasi sığınacaq üçün müraciəti yoxlanılan zamanı saxlanılıb. Bu da şikayət üçün əsaslardan biridir. Həbs olunmasına baxmayaraq, Monteneqro İsmayılovun apellyasiya şikayəti ilə bağlı hələ bir qərar verməyib, ona siyasi sığınacaq verilməsi məsələsi ölkə hakimiyyəti tərəfindən baxılmaqdadır”.
Vəkil bildirib ki, Monteneqro hökuməti T. İsmayılova siyasi sığınacaq verməkdən imtina edərsə, onun Rusiyaya təhvil verilməsi məsələsi iki aya qədər çəkə bilər.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:12 / 02.10.2021
Telman İsmayılov iki aylıq həbs edilir - QƏRAR
Hazırda oxunan: Telman İsmayılov iki aylıq həbs edilir - QƏRAR
Hazırda oxunan: Telman İsmayılov iki aylıq həbs edilir - QƏRAR
39859
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.