Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istədi

Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istədi

Hazırda oxunan: Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istədi

39855

İş adamı Telman İsmayılov Monteneqrodan siyasi sığınacaq istəyib.

Bizim.Media xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən Vijesti nəşri məlumat yayıb.

"İsmayılov Rusiyada siyasi təqiblərə məruz qaldığı üçün Monteneqrodan sığınacaq istəyib. Bu səbəbdən onun Rusiya Federasiyasına ekstradisiyası məsələsi olacaq", deyə nəşr qeyd edib.

Xatırladaq ki, Rusiyada İsmailov və onun qardaşı Vaqif ikiqat qətl və qanunsuz silah alveri ilə bağlı axtarışa verilib.

Məhkəmə onların barəsində qiyabi həbs qərarı çıxarıb. Telman İsmayılov Rusiyanın sifarişi ilə Podqoritsada saxlanılıb.

İsmayılov Rusiyanın ən varlı sahibkarlarının reytinqinə daxil edilib. 2009-cu ildə Rusiya Federasiyasının hüquq-mühafizə orqanları İsmayılovun əsas sərvəti  olan Çerkizovski bazarı ilə maraqlanıb. O vaxt bura kiçik topdan ticarətin ən böyük mərkəzi sayılırdı.

Sanitar yoxlama orqanı tərəfindən çoxsaylı qanun pozuntuları aşkar edildikdən sonra bazar bağlanıb.

Cinayət işinin materiallarına görə, Telman İsmayılov iki iş adamının öldürülməsini təşkil edib. Məhkəmə cinayəti törədən Mehman Kərimova sərt rejimli koloniyada olmaq şərti ilə 13 il həbs cəzası verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO