Meksika 2014-cü ilin 1 oktyabrında Cənubi Qafqaz regionunda özünün ilk səfirliyini açıb.
Bizim.Media xəbər verir ki, Meksikanın Azərbaycandakı Səfiri Rodriqo Labardini deyib ki, diplomatik nümayəndəliyin açılması hər iki ölkə arasındakı münasibətlərin inkişafına güclü təkan verib.
Son illərdə Meksika-Azərbaycan əməkdaşlığının sahələrində əhəmiyyətli yüksəliş müşahidə olunub: siyasət, iqtisadiyyat, ticarət, energetika, turizm, təhsil, mədəniyyət, idman, elm kimi sahələrdə.
Hər iki ölkənin Xarici İşlər nazirlikləri arasında ikitərəfli siyasi məsləhətləşmələr mexanizminin ikinci toplantısı, simvolik olaraq, Səfirliyin açılmasından iki il sonra, 2016-ci ildə baş tutub.
Qarşılıqlı tanıtım və yaxınlaşma iqtisadi-ticari və sahibkarlıq əlaqələrini inkişaf etdirib:
2019-cu ildə ticarət mübadiləsi rekord göstəricini qeydə alınıb (52.4 milyon ABŞ dolları) və 2021-ci il üçün bu göstəricinin hətta daha yüksək olması gözlənilir.
Bizim.Media