Vüqar Səfərli ilə birlikdə təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirildi

Vüqar Səfərli ilə birlikdə təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirildi

Hazırda oxunan: Vüqar Səfərli ilə birlikdə təqsirləndirilən şəxs xəstəxanaya yerləşdirildi

39695

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə məhkəmə prosesi təxirə salınıb. 

Bizim.Media xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən N.Məmmədovun məhkəməyə gətirilməsi təmin edilməyib. 

N.Məmmədov İxtisaslaşdırılmış Müalicə müəssissəsinə köçürüldüyü üçün proses qeyri-müəyyən günədək təxirə salınıb. 

İttihama görə, aparılan istintaq tədbirləri ilə Fondun sabiq icraçı direktoru V.Səfərlinin müvafiq vəzifələrdə çalışmış Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov və digər 7 nəfər şəxslə qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ümumilikdə 18 milyon 500 min manat məbləğində pul vəsaitinin mənimsəməkdə ittiham olunur. 

Toplanan sübutlar əsasında Vüqar Səfərli və digərlərinə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma- külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, V.Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

Cinayət işi üzrə Medianın İnkişafı Agentliyi zərərçəkmiş qismində tanınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO