Rusiyada daha bir terror aktının qarşısı alındı – VİDEO 

Rusiyada daha bir terror aktının qarşısı alındı – VİDEO 

Hazırda oxunan: Rusiyada daha bir terror aktının qarşısı alındı – VİDEO 

39641

Rusiyanın tərkibinə daxil olan Qaraçay-Çərkəz Respublikasında terror aktının qarşısı alınıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. 

Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktı törətmək istəyən 2001-ci il təvəllüdlü yerli sakin saxlanılıb.  

Sözügedən gənc hücumu İŞİD yaraqlılarının təlimatına əsasən hazırlayıb. Saxlanılan şəxsin evində aparılan axtarış zamanı əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün alətlər və lazımi materiallar, içərisində cinayətkarlarla yazışma olan mobil telefon aşkar olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO