Fərid Şəfiyevdən Soçi görüşünə ÖZƏL ŞƏRH: “Diplomatik yol Azərbaycana daha çox sərf edir”

Fərid Şəfiyevdən Soçi görüşünə ÖZƏL ŞƏRH: “Diplomatik yol Azərbaycana daha çox sərf edir”

Hazırda oxunan: Fərid Şəfiyevdən Soçi görüşünə ÖZƏL ŞƏRH: “Diplomatik yol Azərbaycana daha çox sərf edir”

39480

“Bu görüş haqqında məlumat doğrudan da azdır. Biz bilirik ki, qapalı görüş olub, amma həm türk, həm də rus mediasında görüş barədə informasiya məhduddur. Düşünürəm ki, ümumi kontekstdə məsələlər müzakirə olunub. Görüşün əsas mövzuları Suriydakı vəziyyətlə və qazın qiymətlərilə bağlıdır. Qarabağ mövzusu çox güman ki, ikinci kateqoriyalı vacib məsələ idi”.

Bizim.Media-ya eksklüziv açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev qeyd olunanlardan başqa onu da dedi ki, Rusiya prezidentinin şərhlərinə baxanda bəzi məsələlərə aydınlıq gəlir:
 

MÖVZU İLƏ BAĞLI:

“İsrail səfirliyimizin Qüdsdə açılmasını istəyir” - Fərid Şəfiyev

 
“Putin Ağdamdakı Rusiya və Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Bu haqda geniş şərhim yoxdur. Cənab Prezident də Rusiyanın sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirib. Təbii ki, problemlərin olduğunu bilirik. Amma hadisələr göstərir ki, regiondakı məsələləri Rusiya və Türkiyənin iştirakı ilə diplomatik yollarla həll etmək Azərbaycana daha çox sərf edir”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO