Azərbaycanda yanacaq istehsalı azalıb - RƏSMİ

Azərbaycanda yanacaq istehsalı azalıb - RƏSMİ

Hazırda oxunan: Azərbaycanda yanacaq istehsalı azalıb - RƏSMİ

39470

2021-ci ilin yanvar-avqust ayında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisdə  8,7 faiz artıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu sahədə istehsalın ümumi dəyəri 2 milyard 881,7 milyon manat olub.

Neft məhsullarından neft - kimya sənayesində istifadə üçün benzinin istehsalı 72,8 faiz, sürtkü yağlarının istehsalı 66,8 faiz, neft koksunun istehsalı 21,3 faiz, dizel yanacağının istehsalı 12,5 faiz, neft bitumunun istehsalı 7,4 faiz artıb. 

Avtomobil benzininin istehsalı 2,5 faiz, yanacaq mazutunun istehsalı isə 26,3 faiz azalıb. 

Qeyd edək ki, həmin dövr ərzində 804,3 min ton avtomobil benzini, 1 milyon 679,8 min ton dizel yanacağı istehsal edilib. 

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO