David Tonoyan bu gün həbs olunacaq? – DETALLAR

David Tonoyan bu gün həbs olunacaq? – DETALLAR

Hazırda oxunan: David Tonoyan bu gün həbs olunacaq? – DETALLAR

39436

Gecə yerli mətbuat Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın istintaq təcridxanasından buraxılması barədə məlumat yayıb. Lakin məhkəmə ona başqa bir həbs qətimkan tədbiri seçib. O, ərazini tərk edə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Qraparak" qəzeti yayıb.

Mənbə yazır ki, David Tonoyanın həbsi ilə bağlı ərizəyə bu gün yaxın saatlarda baxılacaq.

Xatırladaq ki, dünən keçmiş müdafiə naziri David Tonoyanın mənzilində yararsız silah tədarükü ilə bağlı cinayət işi çərçivəsində axtarış aparılıb. Daha sonra Ermənistan xüsusi xidmət orqanları tərəfindən saxlanılıb.

Aviasiya idarəsinin keçmiş rəisi Avetik Muradyanın mənzilində də axtarışlar aparılıb. Və gecə saatlarında Baş Qərargah rəisinin müavini Stepan Qalstyanın həbsi xəbəri gəlib.

Ermənistan hakimiyyəti erməni generalları ətrafında mövcud vəziyyəti şərh etmir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO