"Qarabağ" ikinci matçına çıxır - Konfrans Liqasında  

Hazırda oxunan: "Qarabağ" ikinci matçına çıxır - Konfrans Liqasında  

39424

"Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək. 

Bizim.Media-nın məlumatına görə, Ağdam təmsilçisi II turda Kiprdə "Omoniya"nın qonağı olacaq. 

Nikosiyadakı GSP stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü FIFA referisi Bobbi Maddenin rəhbərliyi altında Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. 

“Qarabağ”ın heyətində İsmayıl İbrahimli, zədədən sonra məşqlərə yenicə başlayan Bədavi Hüseynovla Elvin Cəfərquliyev və əməliyyat olunan Xayme Romero meydana çıxa bilməyəcək. 

Xatırladaq ki, "Qarabağ" I turda Bakıda İsveçrə "Bazel"i ilə heç-heçə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO