Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycanla Gürcüstan arasında İqtisadi Əməkdaşlıq MÜZAKİRƏ EDİLDİ - FOTO

39416

Baş nazir Əli Əsədovun və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin sədrliyi ilə Azərbaycan Respublikası ilə Gürcüstan arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib.  

İki ölkə arasında fəal siyasi dialoqun aparıldığı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəklədikləri vurğulanıb. 

Pandemiyanın mənfi təsirinə baxmayaraq cari ilin 8 ayında ticarət dövriyyəsinin 41% artdığı diqqətə çatdırıldı. Azərbaycanın Gürcüstanın ən iri ticarət tərəfdaşlarından biri, həmçinin Gürcüstan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkə olduğu xüsusi vurğulanıb. 

Enerji sahəsində əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilərək iki ölkənin birgə həyata keçirdiyi layihələrin bölgədə sülhün və sabitliyin möhkəmlənməsinə xidmət etdiyi diqqətə çatdırıldı.

Bildirildi ki, bu layihələr Cənubi Qafqazın transformasiyasında mühüm rol oynayıb, bölgənin enerji xəritəsini dəyişib. Cənub Qaz Dəhlizi layihəsinin uğurla icra edildiyi bildirilərək bu layihənin həm Azərbaycan, həm Gürcüstanın rifahı və inkişafı üçün böyük əhəmiyyət daşıdığı vurğulanıb. 

Baş nazir Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə yaranan yeni geosiyasi və geoiqtisadi reallıq barədə söhbət açaraq regionda nəqliyyat-kommunikasiya sisteminin bərpasının böyük perspektivlər vəd etdiyini və bütün bölgə ölkələri üçün faydalı olacağını vurğuladı, o cümlədən, xüsusi olaraq Zəngəzur dəhlizini qeyd edib. 

Sonda Azərbaycan və Gürcüstan arasında aşağıdakı sənədlər imzalanıb: 

- İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasının Protokolu; 

- “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında Saziş”; 

- “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”; 

- “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Gürcüstanın Mədəniyyət, İdman və Gənclər Nazirliyi arasında 2021-2024-cü illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında Proqram”; 

- “Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”; 

- “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə LEPL “Enterprise Georgia” Agentliyi arasında Anlaşma Memorandumu”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO