İranın peyvəndi sınaqdan UĞURLA ÇIXDI       

İranın peyvəndi sınaqdan UĞURLA ÇIXDI       

Hazırda oxunan: İranın peyvəndi sınaqdan UĞURLA ÇIXDI       

39382

İranın milli istehsalı olan “Fərəh” peyvəndi klinik sınağın 3-cü mərhələsindən də uğurla çıxıb və yaxın vaxtlarda istifadə olunacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, 40 minə yaxın könüllünün üzərində aparılan sınaq yeni peyvəndin səmərəli olduğunu göstərib.

Buna baxmayaraq İran Çindən və Avropadan peyvənd idxal edib və əhalinin peyvəndlənməsi davam edir. Bu günə qədər İranda 37 milyondan çox peyvəndin birinci, 17 milyona yaxın ikinci dozası vurulub. Ümumilikdə İranda 53 milyondan peyvənd vurulub. Bunun nəticəsidir ki, ölkədə koronavirusa yoluxma və ölüm hallarında azalma müşahidə edilir. 

Nazirliyin açıqlamasında nəzərə çatdırılıb ki, son 24 saat ərzində ölkədə 13 min 271 nəfər koronavirusa yoluxub, 272 nəfər isə bu virusdan həyatını itirib.

Bununla da İranda virusa yoluxanların ümumi sayı 5 milyon 572 min 962 nəfərə, ölənlərin ümumi sayı isə 120 min 160-a çatıb. Eyni zamanda 5 milyon 673 nəfər sağalaraq evə buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO