Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşdü

Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşdü

Hazırda oxunan: Sahibə Qafarova Qazaxıstan Prezidenti ilə görüşdü

39372

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Azərbaycan parlamentinin rəhbərini səmimiyyətlə salamlayan Prezident Tokayev dost və qardaş ölkələr olan Qazaxıstan və Azərbaycan arasında münasibətlərin yüksək səviyyəsindən razılığını bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova Qazaxıstan parlamentinin nümayəndələri ilə görüşdü


Ölkə başçısı Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər münasibətilə təbriklərini çatdıraraq qeyd edib ki, qədim tarixə malik münasibətlərimiz dövlətlərimiz müstəqillik qazandıqdan sonra daha da inkişaf edib.

Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyev və Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev tərəfindən inkişaf etdirilən bu münasibətlər hazırda Azərbaycanın və Qazaxıstanın dövlət başçıları tərəfindən uğurla davam etdirilir. Prezident Kasım-Jomart Tokayev onun salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin salamlarını Qazaxıstanın dövlət başçısına çatdırıb.

Bildirib ki, ölkələrimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan və Qazaxıstan arasında münasibətlər tamamilə yeni səviyyəyə yüksəlib. Sevindirici haldır ki, gələn il biz ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəyik.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO