"Cənab Prezident, bizi dəvət etdiyinizə görə Sizə təşəkkür edirəm. Burada, Bakıda olmaqdan böyük məmnuniyyət hissi keçirirəm. Səmimi qəbula və qonaqpərvərliyinizə görə çox sağ olun. Bu, mükəmməl olan ikitərəfli əlaqələrimiz barədə danışmaq üçün böyük imkandır”.
Bizim.Media xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili sentyabrın 29-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin “France 24”ə müsahibəsində verdiyi vacib MESAJLAR – TAM VİDEO
"Qeyd etdiyiniz kimi, biz dost, qardaşıq. Bu gün biz, həmçinin iqtisadi komissiyanın 8-ci iclasını keçirəcəyik və inkişafda olan ikitərəfli əlaqələrimizi müzakirə edəcəyik. Gürcüstan sözsüz ki, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrimizin güclənməsində maraqlıdır.
Biz, həmçinin regionda sülh və sabitliyin olmasında maraqlıyıq. Bu, güclü iqtisadi inkişafın təməli olacaq.
Bu, mənim bu il Azərbaycana artıq ikinci səfərimdir. Cənab Prezident, qeyd etdiyiniz kimi, biz dəfələrlə telefonla danışmışıq. Əminəm ki, bu gün biz gələcəyimizlə bağlı bir çox məsələləri müzakirə edəcəyik. Əminəm ki, bu, daha bir səmərəli görüş olacaq. Mən bir daha Sizə təşəkkür edirəm!", - Baş nazir qeyd edib.
Bizim.Media